Milli Məclisin növbəti iclası fevralın 23-də keçiriləcək

img

20-02-2010 [01:33]


Milli Məclisin növbəti iclası fevralın 23-də keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iclasda bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanın illik məruzəsi dinləniləcək. Bundan əlavə, iclasda ?Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında? Referendum Aktının tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr müzakirə olunacaq. Deputatlar ?Bədən tərbiyəsi və idman haqqında? qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərə də münasibət bildirəcəklər. Həmçinin, Daxili Xidmət Nizamnaməsinə və Meşə Məcəlləsində də əlavə və dəyişikliklər də müzakirəyə çıxarılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA