DAK iran səfirliyi qarzısında etiraz aksiyası keçirəcək

img

19-02-2010 [05:45]


Dünya Azərbaycanlıları Konqresi (DAK) Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət ünvanlayıb. Bu barədə Müstəqil İnformasiya Agentliiynə DAK mətbuat xidmətindən məlumat daxil olub. Müraciətdə qeyd olunur ki, qurum İranın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirmək istəyir. Müraciətin tam mətni aşağıdakı kimidir: İrandakı fars şovinist rejimi orada öz tarixi torpaqlarında yaşayan 40 milyona yaxın Güney Azərbaycan türkünə qarşı davamlı çirkin siyasət həyata keçirir. Aldığımız məlumata görə, son zamanlar azərbaycanlılara qarşı təqib və təzyiqlər şiddətlənib, öz milli hüquqlarını tələb edən minlərlə soydaşımız həbs olunub, hətta bəzilərinin harada saxlanıldıqları barədə heç bir məlumat yoxdur, onlar təcridxanalarda ağır fiziki və mənəvi işgəncələrə məruz qalır, eyni zamanda hərəkatçılar müxtəlif üsullarla müəmmalı şəkildə qətlə yetirilir, bəzi milli fəalların səhhəti ağırlaşdığından həyatı təhlükə qarşısındadır, onlar tibbi müayinədən, ailələrilə görüşmək və vəkil tutmaq hüququndan məhrum ediliblər, məhkəmələrdə onlarla soydaşımıza ədalətsiz həbs, sürgün və şallaq cəzaları kəsilib. Bu azmış kimi, 18-19 fevral 2010-cu il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin qarşısında etiraz aksiyaları keçirilib. Piketdə diplomatik korpusumuza və üçrəngli bayrağımıza qarşı hörmətsizlik nümayiş etdirilib. Eyni zamanda Azərbaycan Respublikasının digər simvolları təhqir olunub. Dünya Azərbaycanlıları Konqresi (DAK) və VHP bütün bunlara etiraz əlaməti olaraq, 22 fevral 2010?cu il tarixində saat 12.00-da İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi qarşısında dinc aksiya keçirməyi planlaşdırır. Piketə icazə verməyinizi xahiş edirik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA