Vətəndaz Həmrəyliyi Partiyası 21 fevral ümumdünya Ana dili Günü ilə bağlı bəyanat verib

img

19-02-2010 [12:35]


?İran adlanan ərazinin tarixi türk torpaqları olması və Azərbaycan türklərinin burada ta qədim zamanlardan dövlətlər qurması həqiqətdir. Tarixi gedişat bu ərazidə siyasi hakimiyyətin farsların əlinə keçməsinə gətirib çıxarıb. Fars şovinist rejimi nəinki bu məkanın aborigen xalqının türk olmasını qəbul edir, əksinə bütün inzibati və siyasi resurslarını Azərbaycan türkünün bir millət kimi məhv olmasına yönəldib?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözlər Vətəndaş Həmrəyliyi Partiyasının 21 fevral Ümumdünya Ana dili Günü ilə bağlı verdiyi bəyanatda yer alıb. Bəyanatda daha sonra qeyd olunur: ?Hər il azərbaycanlılara qarşı təqib və təzyiqlər daha da şiddətlənir, öz milli hüquqlarını tələb edən soydaşlarımız həbs olunur, onlar təcridxanalarda ağır fiziki və mənəvi işgəncələrə məruz qalır, milli fəallar məhkəmələrdə ədalətsiz həbs, sürgün və şallaq cəzaları kəsilir, eyni zamanda hərəkatçılar müəmmalı şəkildə qətlə yetirilir. İran adlanan yerin əhalisinin böyük əksəriyyətinin türk olmasına baxmayaraq, fars şovinizmi onlar üçün bir dənə də məktəb açılmasına imkan vermir. Bir çox hallarda türklərin öz ana dilində danışmaları belə yasaqlanır. Halbuki fars şovinist rejiminin mənafeyinə xidmət edən konstitusiyada belə vətəndaşların ana dilində təhsil almaq, yazıb-oxumaq hüquqları təsbit olunub. Ancaq reallıqda bu öz əksini tapmır. Ana dili haqqı uğrunda mübarizədə həbs olunan, sürgün edilən, zindanlarda çürüdülən, öldürülən soydaşlarımızın sayı minlərlədir. Danışmaq bir-birilə nitqlə ünsiyyətdə olmaq insanı bütün digər yaradılışlardan fərqləndirən tək xüsusiyyətdir. Tanrı yer kürəsində hər bir millətə yaşamaq üçün ayrıca məkan, coğrafi ərazi ayırdığı kimi dil, ünsiyyət müxtəlifliyi də verib. Hər bir insanın öz ana dilində danışması, yazıb-oxuması Tanrı tərəfindən verilən haqqdır. Fars şovinizmi bu haqqa qarşı da çıxır. Tanrı haqqına qarşı çıxmaq Tanrıya qarşı çıxmaq demək deyil, bəs nədir? İran adlanan yerdəki fars şovinist rejimi 40 milyondan artıq Azərbaycan türkünü əsarətdə saxlayır. Bütöv bir millət farsçılıq ideologiyasının qurbanına çevrilib. İllər boyu azadlığı və hürriyyəti uğrunda savaşan soydaşlarımızın son qisməti zindan, sürgün və ya ölüm olub. Şovinist hakimiyyət bir xalqa qənim kəsilib. Xalq həm də Xaliq sözündəndir, Xalqa verilən zülm Xaliqə, Tanrıya asi olmaqdır. Fars şovinist rejiminin din pərdəsi altında törətdikləri yalnız milli haqlara, insanların doğal azadlıqlarına qarşı yönəlməyib. Bu gün fars şovinist rejiminin zindanlarında minlərlə Azərbaycan türkü ölənədək döyülür, təhqir edilir, işgəncəyə məruz qalır. Tarixən dünyanın barış görəvini türklər həyata keçirib. Bu gün İran adlanan yerin məhvi və bölgəyə uzunmüddətli barış, dünyaya bir çox təhlükələrdən qurtuluş üçün də əsas yük türk millətinin üstünə düşür. Türk milli marağına zidd olan böyük güclər belə İran adlanan yerin məhv edilməsində Azərbaycan türkünün böyük rolu olacağını etiraf etməkdədir. Bu gün fars şovinizminə qarşı duran ən böyük güc də məhz Azərbaycan türküdür. Bütöv Azərbaycan savaşımızın şəriksiz lideri Əbülfəz Elçibəyin ?Tehran Təbrizin bir yumuruğu ilə dağılacaq? fikri öz təsdiqini tapmaqdadır. Gec-tez dünya tarixinin son impearalist və monarxist ideologiyası olan fars şovinizmi də üçrəngli türk bayrağı altında keçmişə gömüləcək?. Sonda Vətəndaş Həmrəyliyi Partiyası İran adlanan yeri beynəlxalq hüquq normalarına əməl etməyə səsləyərək, Güney Azərbaycan türklərinin haqlarını təmin etməyi tələb edir. Beynəlxalq təşkilatları və iİnsan hüquqlarını müdafiə edən bütün təşkilatları isə Güney Azərbaycan türklərinin haqq tələblərinə yardımçı olmağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA