?Natiq? ritm qrupunun - ?Ezq karvanı? gəldi keçdi

img

18-02-2010 [12:10]


Dünən Bakı Əyləncə Mərkəzinin ?Eliza? zalında Azərbaycanın əməkdar artisti Natiq Şirinov və rəhbərlik etdiyi ?Natiq? ritm qrupunun üzvləri növbəti konsert proqramı ilə ritmsevərlərin görüşünə gəldilər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, keçirilən ?Eşq karvanı? adlı konsert, başqa məram daşıyıb. Konsert İslam Peyğəmbəri Məhəməddin (s) əziz nəvəsi, İmam Hüseyn və Kərbəla şəhidləri başda olmaqla, bütün şəhid ruhlarına ithaf olunub. Konsertdə səslənəcək bütün kompozisiyalar xüsusi olaraq hazırlanıb. Konsertdə xanəndə Elbrus Abdulzadə, tanınmış skiripaç Səlim Abbasovunu rəhbərlik etdiyi ?Skripkaçılar qrupu?, ilahi mahnılar ifaçıları Samir Salam, ?Bakı qrupu?, balaban ifaçısı Rafael və ?Əhli Beyd? qrupu iştirak etdilər. ?Natiq? ritm qrupunun rəhbəri Azərbaycanın əməkdar artisti Natiq Şirinov Müstəqil İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, konsert fevral ayının 5-də keçirilməsi nəzərədə tutulub: ?Lakin havaların qarlı keçməsi konsertin keçirilməsinə mane oldu. Deməli qismət bu günə imiş. Konsert keçirilən zaman bir çox qruplara müraciətlər olundu. Müraciət etdiyimiz insanlar nədənsə geri çəkildilər. Əksəriyyəti ?Ritmlə din olmaz?, bir qismi ?Haramdır? deyə imtina etdilər. Amma gördüyünüz kimi konsert onlarsızdı keçirilir. Mən 35 ilə yaxındır ki, nağara ifa edirəm. Qərara aldım ki, hər dəfə özüm üçün çalışıram. Bu dəfə də allah yolunda nağara ifa edim. Ona görə belə bir konsert planlaşdı. Belə bir konserti ilk dəfə 2004-cü ildə Hacı Samirlə ?Əhli Beyd? qrupu ilə birgə olmuşdur. Amma belə geniş musiqiçilərlə 2010-cu ildə ilk dəfədir. Səhnədə 27 nəfər mənimlə birgə 12 ritm ifa edən olacaq. Guman edirəm ki, konsert istədiyim kimi keçiriləcək?. [b]Nusabə Sadıqova[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA