Sumqayıtda Milli Teatr festivalı keçirilir

img

27-02-2010 [10:44]


Bakıda başlanan ikinci Milli Teatr Festivalı ilk dəfə olaraq Azərbaycan paytaxtının teatr səhnələrindən kənara çıxıb. Festivalın proqramına daxil edilmiş respublika teatrlarının tamaşaları Sumqayıtda göstəriləcək. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Mehman Şükürovun sözlərinə görə, teatrın səhnəsində Azərbaycanın regionlarında fəaliyyət göstərən on kollektiv çıxış edəcək. Festival çərçivəsində Sumqayıt tamaşaçıları qarşısında ilk olaraq Gəncə Dövlət Teatrı öz səhnə əsərini nümayiş etdirib. Sumqayıt teatr həvəskarlarına dramaturq Əli Əmirlinin ikipərdəli ?Varlı qadın? pyesi təqdim olunub. Gəncəlilərdən sonra Sumqayıt tamaşaçıları qarşısında Şuşa Dövlət Musiqili Dram Teatrının, Azərbaycan Musiqili Komediya Teatrının, Lənkəran Dövlət Dram Teatrının kollektivləri çıxış edəcəklər. Qonaqların çıxışlarından sonra növbə ev sahiblərinə çatacaq. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı festivalda tamaşaçılara üç səhnə əsəri təqdim edəcək. Bunlar Əbdülrəhim bəy Haqverdiyevin əsəri əsasında səhnələşdirilmiş ?Şah?, Çingiz Aytmatovun ?Dəniz sahili ilə qaçan alabaş? və Yucin O Nilin ?Qarağac altında məhəbbət? əsərləridir. Qeyd edək ki, Milli Teatr Festivalı çərçivəsində Bakının və Sumqayıtın səhnələrində Azərbaycanın 27 dövlət teatrının kollektivi çıxış edəcək. Festivalın yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyində təşkilat komitəsi və teatr tənqidçiləri qrupu yaradılıb. Milli Teatr Festivalının bağlanış mərasimi noyabrın 9-da Sumqayıtda keçiriləcək. Azərbaycan Akademik Milli Dram Teatrı Aqata Kristinin romanı əsasında səhnələşdirilmiş ?Tale? pyesinin tamaşası ilə mötəbər tear bayramına yekun vuracaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA