AiDP polislərin dindarlara qarzı zorakılığını və həbsini pisləyir

img

17-02-2010 [02:37]


Azərbaycan İslam Demokrat Partiyası Bakıda dindarların polis tərəfindən döyülməsini, onların həbs olunmasını pisləyir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə partiyanın sədri hacı Tahir Abbaslı məlumat verib. T.Abbaslı həbs olunan dindarların azad olunmasını tələb etdiklərini bildirib: ?Hesab edirik ki, bu qarşıdurma iqtidar mənsublarına baş ucalığı gətirmədi. Əksinə bu hadisə hakimiyyətin cəmiyyətlə ünsiyyətinin olmamasını bir daha ortaya qoydu?. AİDP sədri hesab edir ki, son hadisə məscidlərin sökülməsi, bağlanması, bu istiqamətdə baş verən məhkəmə çəkişmələrinin davamı kimi də qiymətləndirilə bilər: ?Mənə elə gəlir ki, bu tipli olayları yaradanlar son hadisəni də törətməklə hakimiyyətlə dindarlar arasında olan fikir ayrılıqlarını bir qədər də dərinləşdirməyə nail oldular. Hesab edirəm ki, qarşıdurmaya getməkdənsə Qafqaz Müsəlmanları İdarəsi, yaxud idarənin rəhbəri Hacı Allahşükür Paşazadənin, yaxud başqa bir nüfuzlu ruhaninin vasitəçiliyi ilə bu məsələni yoluna qoymaq daha yaxşı olardı. Qarşıdurmanın bu həddə çatması göstərir ki, bu məsələ kimlərəsə sərf edir. Başa düşmək olmur ki, hakimiyyət kimə nəyi sübut etmək istəyir? Olmaya, seçkiqabağı dindarların ipə-sapa yatmayan və davakar görüntüsünü yaratmaqla onları seçkilərdən kənarda qoymaq planı belə baş tutmalıydı??. Bununla yanaşı, AİDP sədri onu da bildirib ki, belə bir açıqlama ilə islamçı demokratlar tərəf saxlamaq niyyətindən uzaqdırlar: ?Biz baş verən hadisədə heç bir tərəfə bəraət qazandırmırıq. Hesab edirik ki, aksiya iştirakçıları, xüsusilə də hüquq mühafizə orqanları belə bir həssas vaxtda ümumi düşmənlərimizə mövzu verməməli idilər. Sonda vətəndaşlara, xüsusilə də dindarlara müraciətim ondan ibarətdir ki, ölkəmizdə demokratik cəmiyyətin qurulmasında təməl daşı qoymağa fürsət yarandığı bir dövrdə hər kəs ömrünü mənalı, mənəvi və məntiqli istifadə etməyə cəhd etsin. Dövlətimizin və xalqımızın taleyi, əminliyi və varlığı özümüzün iştirakımızla quracağımız demokratik cəmiyyətdən aslıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA