ADP sədri Britaniya səfirinin ikinci katibini qəbul edib

img

17-02-2010 [12:51]


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu partiyanın mərkəzi qərargahında Böyük Britaniya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyinin ikinci katibi xanım Katrin Klevi qəbul edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə parlament seçkiləri öncəsi ictimai-siyasi vəziyyət, insan hüquqları, partiyanın ölkədə baş verən siyasi hadisələrə münasibəti və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüş qarşılıqlı anlaşma şəraitində keçib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA