"Əsas məsələ Xocalı faciəsinin soyqırım kimi ölkə səviyyəsində tanınmasıdır"

img

16-02-2010 [02:50]


Xocalı soyqırımının ildönümü ilə bağlı bu il də dünyanın müxtəlif ölkələrində Azərbaycanın səfirlikləri vasitəsilə müxtəlif tədbirlər həyata keçiriləcək, foto, video və digər materiallar nümayiş etdiriləcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinəgörə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məlumat verib. XİN sözçüsü bildirib ki, bu iş artıq neçə illərdir ki, həyata keçirilir: "İlbəil bu kimi tədbirlərin effekti artır. Çünki ildən-ilə faciə ilə bağlı materiallar artır və təkmilləşir?. E.Poluxov onu da vurğulayıb ki, bu həftənin sonundan başlayaraq Xocalı soyqırımının ildönümü ilə bağlı dünyanın hər yerində tədbirlər keçiriləcək. Onun sözlərinə görə, həmin tədbirlərə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin təmsilçiləri ilə yanaşı, Azərbaycan diasporunun nümayəndələri də qatılacaqlar. XİN sözçüsü deyib ki, xarici ölkələrdə Xocalı soyqırımı ilə bağlı bəzən hiss olunan məlumat azlığını aradan qaldırmaq üçün XİN tərəfindən materiallar hazırlanır, Azərbaycan səfirlikləri də müxtəlif xarici mərkəzlərdə bununla bağlı məsələ qaldırırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA