Deputatlarımız ATƏT PA-nın qız sessiyasına qatılmaq üçün çexiyaya getdi

img

16-02-2010 [12:29]


Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətimizin rəhbəri Bahar Muradova və Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova fevralın Çexiyanın Praqa şəhərində səfərdədir. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, fevralın 17-dək davam edəcək səfər çərçivəsində bir sıra rəsmi şəxslərlə, parlamentin Azərbaycanla dostluq qrupunun üzvləri və çexiyalı deputatlarla görüşlər keçiriləcək, parlamentlərarası əlaqələrin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. Fevralın 17-dən 20-dək isə nümayəndə heyəti Milli Məclisin deputatları Fəttah Heydərov, Fazil Mustafa və Azay Quliyevlə birlikdə ATƏT-in qış sessiyasında iştirak edəcəklər. Tədbirdə Əfqanıstanda indiki vəziyyət, ATƏT-in illik sessiyasına çıxarılacaq məsələlər, həmçinin iqtisadi, siyasi mövzular və insan hüquqları barədə müzakirələr aparılacaq. İclaslarda nümayəndə heyətinin rəhbəri Bahar Muradova və deputatlar çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibətlərini bildirəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA