Bakıda dindarlar aksiya keçirməyə cəhd edib, polis aksiyanı dağıdıb

img

13-02-2010 [08:26]


Fevralın 13-də Bakıda bir qrup dindar Məhəmməd peyğəmbərin ölüm günü və Xocalı faciəsi ilə əlaqədar Şəhidlər Xiyabanına yürüş edib, əklil qoymaq istəyiblər. Polis əvvəl ?Nizami? metrosundan başlayan yürüşün heç bir şüar səsləndirmədən ara küçələrdən keçməsinə icazə verib. Sonradan dindarların ?Allahu Əkbər!?, ?Hər gün Aşura, hər gün Kərbəla!? şüarları səsləndirməsi polislə toqquşmaya səbəb olub. Dindarlar polisə daş atıb, polis dəyənəklərdən istifadə edib. Toqquşma zamanı xeyli sayda aksiya ıştirakçısı yaralanıb. Aksiyada 15 nəfər saxlanılıb. Polis bildirib ki. saxlanılanlardan izahat alındıqdan sonra sərbəst buraxılacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA