?Ən ?böyük? çekist isa Qəmbər agent ?Molotov?u ifza etsə, Azərbaycan xalqına ən böyük xidmətini göstərər?

img

13-02-2010 [01:50]


?1988-ci ildən müxalifət tarixi göstərir ki, İsa Qəmbər olan yerdə dağıdıcı inqtriqalar olub, müxalifətin birliyi olmayıb. Bu adam həmişə közü öz qabağına çəkib. Şəxsi və qrup maraqlarını Azərbaycan xalqının maraqlarından üstün tutub. Ona görə də İsa Qəmbərin liderlik iddiası absurddur?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Müsavat başqanı İsa Qəmbərin mətbuatda müxalifətin əsas lideri olmağı ilə bağlı açıqlamasına münasibət bildirərkən Azərbaycan Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxan deyib. Onun sözlərinə görə, müxalifətin lideri olmaq istəyən şəxs siyasətdə mənəviyyatı hər şeydən üstün tutmaldır: ?Həmkarlarımdan biri İsa Qəmbərə irad tutanda ki, müxalifətdaxili münasibətlərdə şərəfli, namuslu siyasət yürütmək lazımdır. İsa Qəmbər cavab vermişdi ki, ?siyasətdə nə şərəf, nə namus?? Artıq şərhə ehtiyac yoxdur. Belə adam müxalifət lideri ola bilməz?. Ə.Temirxan Müsavat başqanını qorxaqlıqda da ittiham edib: ?1990-cı il 20 yanvarda sovet ordusu Azərbaycan xalqını qıranda İsa Qəmbər mətbuata etiraf etdiyinə görə bir dostunun evində çay içirdi. Sonra da Primakov ?KQB? sədri Vaqif Hüseynova tapşırırdı ki, ona toxunmayın. 1998-ci ildə 8 noyabr hadislərində İsa Qəmbər meydandan qaçan birincilər arasındaydı. 2003-cü il 16 oktyabrda daxili işlər nazirinin müavinlərinin birinin maşınında öz ofisini tərk edən və bir daha meydan qayıtmayan, döyülən, öldürülən fədakar insanları meydanda qoyub qaçan və ayyarım evindən çölə çıxmayan da İsa Qəmbər idi. 2005-ci ildə 26 noyabr mitinqində meydandan birinci, arxa qapıdan qaçan və dərhal şəhərdən çıxıb mətbuat konfransına belə gəlməkdən imtina edən də İsa Qəmbər oldu. Yəni yeri gələndə, ekstremal situasiyada dabanına tüpürən adamdan lider olmaz. Ona görə də İsa Qəmbər öz dostları vasitəsi ilə ?lider? imicini üfürməsin. Çünki onun üfürülmüş imici adi bir tikana rast gələ bilər. Ondan Azərbaycan müxalifətinə lider olmayacaq. Əksinə keçən il bələdiyyə seçkilərində müxalifətin bir araya gəlməsinə İsa Qəmbər imkan vermədi. Çünki iqtidardakı ?dostlarının? sifariş belə idi. Bu gün də Azərbaycan müxalifətinin bir araya gəlməsinə mane olan, agent axtarışına çıxan, KQB ilə əməkdaşlığa dair özünün ünvanına söylənilmiş, konkret faktlardan qaçan Müsavat başqanıdır. Bilirsiniz ki, iqtidar tərəfdarı onun kliçkasını və agentura işinin nömrəsini mətbuatda açıqlayıb, amma bunları açıqlayan adam indiyə kimi İ.Qəmbər tərəfindən məhkəməyə verilməyib. Mən İsa Qəmbərin bu adama qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini gözləyirəm. Əgər özündə cəsarət tapıb məhkəməyə müraciət edərsə, onun haqlarını məhkəmədə hüquqşünas kimi təmənnasız müdafiə etməyə hazıram. Ən ?böyük? çekist adına iddialı olan İsa Qəmbər yaxşı olar ki, sovet KQB-sinin AXC-yə yeritdiyi, bu günə kimi müxalifətdə ?at oynadan? ?Molotov? kliçkalı agenti ifşa etsin, ondan sonra müxalifətin liderliyi haqqında danışsın. Hesab edirəm ki, ən ?böyük? çekist İsa Qəmbər agent ?Molotov?u ifşa etsə, Azərbaycan xalqına ən böyük xidmətini göstərər. Azərbaycan siyasətində kimin keçmiş SSRİ-nin xarici işlər naziri Molotova oxşadığını oxucu yaxşı bilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA