Ziyafət Əsgərov Ermənistanı Rusiyanın quberniyası adlandırıb

img

12-02-2010 [01:44]


?Fevral 26-da Xocalı soyqırımının növbəti ildönümü qeyd olunacaq. Hələ də bizim bəzi deputatlarımız qəzet səhifələrində çıxış edir ki, guya Azərbaycan parlamenti Xocalı hadisəsini soyqrımı kimi tanımayıb. Türkiyə deputatları da bunu bizə deyirlər ki, 1994-cü il fevral 24-də Xocalı soyqırımına qətliam kimi qiymət verilib və dünya ölkələrinə bəyanat yayılıb , xahiş edilib ki, hadisə soyqrımı kimi tanınsın. Hər il bu hadisə ilə bağlı dünya ölkələrinə müraciət qəbul edilir?. Müstəqil İnformasiya Agentliyinini xəbərinə görə, bu sözləri Milli Məclisin bugünkü iclasında vitse-spiker Ziyafət Əsgərov deyib. Z.Əsgərov bildirib ki, Ermənistanla Türkiyənin imzaladığı protokollarla bağlı ziddiyyətli vəziyyət ortaya çıxıb. Ermənistan Konstitutusiyası öz məqsədinə uyğun şərh verib. Amma Minsk qrupu Ermənistan əvəzinə Türkiyəyə təzyiq göstərməyə başlayıb. Onun sözlərinə görə, genosid məsələsi başqa-başqa ölkələrin əlində Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edilir: ?Mən ABŞ konqresinə müraciət edirəm ki, bu məsələdə obyektiv mövqe tutsun?. Z.Əsgərov Qarabağla bağlı danışıqların son mərhələdə olduğunu, amma hər dəfə Ermənistan rəhbərliyinin fərqli mövqe tutduğunu qeyd edib. O, Ermənistanı Rusiyanın quberniyası adlandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA