Həmməruzəçilər Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri ilə görüzüb

img

11-02-2010 [04:47]


gn=left]2010/herkel-qrex.jpg[/libt] Fevralın 11-də öləkmizdə səfərdə olan Avropa Şurasının həmməruzəçiləri Andres Herkel və Debono Qrex Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvlərilə görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Avropa Şurası Monitorinq Komitəsinin həmməruzəçisi Andres Herkel ölkəmizə səfərinin məqsədlərindən, Gəncəyə səfəri çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının bir zamanlar fəaliyyət göstərdiyi bina ilə tanışlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirərək onu maraqlandıran bir sıra məsələlərlə, o cümlədən kütləvi informasiya vasitələrinin mövcud durumu, ayrı-ayrı qanunlarla bağlı qanunvericilik sahəsində görülən işlərlə maraqlanıb. Öz növbəsində AŞ P?-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bir sıra istisnalar nəzərə alınmaqla Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü bütün öhdəliklərin demək olar ki, yerinə yetirdiyini həmməruzəçilərin diqqətinə çatdırıb. Görüşdə digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA