Mətbuat Şurası jurnalistika institutu yaratmaq istəyir

img

08-02-2010 [02:55]


Azərbaycan Mətbuat Şurası jurnalistlərin peşəkarlığının artırılması üçün yeni layihə həyata keçirəcək. "Jurnalistlərin peşəkarlığının artırılması məqsədilə yeni institutun yaradılmasına çox ehtiyac olduğundan, indi bu layihə ilə bağlı müzakirələr aparırıq", - Trend News-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Amaşovun sözlərinə görə, Azərbaycanda jurnalistika sahəsindəki problemlərə kompleks şəklində yanaşılmasa, ciddi uğurlar əldə etmək mümkün olmayacaq. "Mətbuatın iqtisadi problemlərini həll etmək məqsədilə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Biz KİV-lərin reklamla bağlı problemlərinin həlli üçün də layihə hazırlayacağıq. Düşünürəm ki, xüsusən gənc jurnalistlərin peşəkarlığının artırılması məqsədilə də ayrıca layihə həyata keçirilməlidir", - Şura sədri əlavə edib. Onun fikrincə, jurnalistlərin bir hissəsi keçmiş SSRİ dövründə, bir hissəsi müstəqilliyimiz bərpa olunandan sonra təhsil alıblar. "Amma indi jurnalistika ilə məşğul olanların bir hissəsinin nəinki jurnalistika ixtisası üzrə, hətta humanitar fənlər üzrə təhsilləri yoxdur. Bunu nəzərə alaraq gənc jurnalistləri ixtisasartırma kurslarına cəlb etmək vacibdir", - o xatırladıb. Şura sədri deyib ki, layihə baş tutacağı halda jurnalistlərə 1 il, yaxud ilyarım təcrübəli mütəxəssislər ixtisasartırma ilə bağlı mühazirələr oxuyacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR