Müstəqil informasiya Agentliyi KiV Fonduna layihə təqdim edib

img

18-02-2010 [08:17]


Müstəqil İnformasiya Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2010-cu il üçün KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə layihə təqdim edib. MİA-nın redaktoru, layihənin rəhbəri Zaur Əhmədin verdiyi məlumata görə, agentliyin layihəsini bu gün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu təqdim ediblər. Z.Əhməd onu da bildirib ki, ?Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası?na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında aşağıdakı istiqamətlər ekologiya və ətraf mühitin mühafizəsi, ekoloji maarifçilik üzrə layihə hazırlayıblar: ?Hesab edirəm ki, hazırladığımız layihə kifayət qədər əsaslı və mətbuatın inkişafına öz töhfəsini verə biləcək. Bu baxımdan qalib olacağımıza ümidvaram?. Xatırladaq ki, KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının yanvarın 19-da keçirilən iclasında 2010-cu ildə KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin keçirilməsi qərara alınıb. Müsabiqəyə layihələrin qəbulu martın 1-dək davam edəcək. [b]Rəhilə Manafova[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR