Novruzəli Məmmədovun ailəsinə və bez media təmsilçisinə maliyyə yardımı verildi

img

04-02-2010 [05:10]


Söz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu idarə heyətinin növbəti iclası keçirilib. Fondun təsisçiləri ?Yeni Nəsil? Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu və Demokratik Jurnalistlər Liqasıdır. Fondun İdarə Heyətinin iclasında yanvar ayı ərzində daxil olan 10 müraciətə baxılıb. Müraciətlərdən 6-sı təmin edilərək bütövlükdə 2500 ABŞ dolları həcmində maddi yardım ayrılması barədə qərar qəbul olunub. Fondun əsasnaməsinin məhkəmə prosesinə cəlb edilən jurnalistin müdafiəsinə yardım edilməsi bəndinə görə müstəqil jurnalist Mahal İsmayıloğluna 500 ABŞ dolları, ?Yüksəliş naminə? qəzetinin əməkdaşı Elçin Həsənova 300 ABŞ dolları, ?AZE Hüquq Şirkəti? MMC-nin hüquqşünası Habil İsgəndərliyə 500 ABŞ dolları, peşə borcunu yerinə yetirərkən xəsarət alan jurnalistin müalicəsinə yardım edilməsi bəndinə görə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Ramiz Nəcəfliyə 300 ABŞ dolları, ?Azadlıq? qəzetinin əməkdaşı Ramin Cəbrayılzadəyə 300 ABŞ dolları, həbs edilən jurnalistin ailə üzvünə və ya rəsmi nümayəndəsinə yardım edilməsi bəndinə görə ?Tolışi sədo? qəzetinin sabiq baş redaktoru, mərhum Novruzəli Məmmədovun ailəsinə 600 ABŞ dolları məbləğində maddi yardım edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR