?Ayna? Mətbu Evinin sədri, ?Exo? qəzetinin sahibi Rauf Talızinskinin müavini həbs olundu

img

22-02-2010 [02:51]


?Ayna? Mətbu Evinin vitse-prezidenti Fərhad Süleymanov həbs edilib. Bu barədə Lent.az-a məlumat verən mənbə onun Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları (BMCMİ) tərəfindən saxlanıldığını bildirib. Lakin onun hansı səbəbdən həbs olunduğu bildirilməyib. ?Ayna? Mətbu Evinin sədri, ?Exo? qəzetinin sahibi və baş redaktoru Rauf Talışinski Lent.az-a açıqlamasında məlumatı qismən təsdiqləyib. O, Fərhad Süleymanovun həbsi barədə məlumat olmadığını bildirsə də, bununla yanaşı F.Süleymanovun son günlər nə evdə, nə də işdə olmadığını deyib: ?Ondan xəbər tuta bilmirəm?. DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə məlumatı nə təsdiq, nə təkzib edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR