Prezident yanında KiV-ə Dövlət Dəstəyi Fondu yeni jurnalist müsabiqəsi elan etdi

img

19-01-2010 [06:46]


Yanvarın 19-da Prezident yaninda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib. İclasda iki məsələ müzakirə olunub: 2010-cu ildə KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin keçirilməsi və 2010-cu ildə Novruz bayramı münasibətilə fərdi jurnalist yazılarının mükafatlandırılması üçün müsabiqənin keçirilməsi. Şura KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi məqsədilə 6, fərdi jurnalist yazılarının mükafatlandırılması üçün isə 7 istiqamət üzrə müsabiqə elan edilməsi qərara alıb. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ?Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası? ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edir: - Azərbaycan Respublikasında söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətidir; - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı soyqırım siyasəti haqqında həqiqətlər; - qloballaşma dövründə Azərbaycan xalqının adət-ənənələrinin, milli-mənəvi dəyərlərin qorunması və təbliği. Novruz - yeni il, yeni arzular bayramıdır; - Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasət və onun praktiki nəticələri; - 2010 ? ekologiya ilidir: ekologiya və ətraf mühitin mühafizəsi hər bir vətəndaşın borcudur; - Azərbaycan regionları dünən və bu gün: dövlət proqramlarının həyata keçirilməsinin praktiki nəticələri; - Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası: nailiyyətlər, problemlər və perspektivlər. Müsabiqədə iştirak Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan yazılara aid tələblər 1. Yazı Fond tərəfindən elan edilmiş mövzulardan birinə uyğun olmalıdır. 2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. 3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi ?qara siyahı?ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. 4. Yazı Azərbaycan dilində dərc olunmalıdır (xarici dildə nəşr olunan mətbuat orqanlarında dərc edilmiş yazılar Azərbaycan dilinə tərcümə olunmuş şəkildə Fonda təqdim edilməlidir). 5. Yazıda ?Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün? qeydi göstərilməlidir. Tələb olunan sənədlər 1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti. 2. Şəxsi VÖEN və surəti. 3. Şəxsi bank rekvizitləri. Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır. Müsabiqəyə təqdim olunmuş yazıların qiymətləndirmə meyarları: - mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma; - materialın oxucu üçün informasiyalılıq səviyyəsi; - yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi; - jurnalist peşəkarlığı, müasir jurnalistika texnologiyalarının tətbiqi; - jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti; - ictimai maraqların müdafiəsi. Hər mövzu üzrə 2 qalib, 3-cü mövzu üzrə 3 qalib müəyyənləşdiriləcək. Hər mövzu üzrə maksimum 60 bal müəyyən olunur. 30-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz. Qaliblər Fondun xüsusi diplomu və 1000 (bir min) manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar. Fondun 2009-cu ildə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin bu müsabiqədə iştirakına icazə verilmir. Nəticələr martın 20-dək elan ediləcək. Yazılar və sənədlər Fonda şəxsən 2010-cu il 19 yanvardan 01 martadək, rəsmi iş günləri saat 10.00-dan 16.00-dək təqdim edilə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR