"Reytinq"in redaktoru ?Qaradağ Sement?in müsabiqəsinin qalibləri arasında

img

12-01-2010 [06:31]


?Qaradağ Sement? ASC və Azərbaycan Gənclər Təşkilatların Milli Şurasının ötən ilin sonunda jurnalistlər arasında elan etdiyi müsabiqənin nəticələri bu gün elan edildi. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, "Azərbaycanda gənclərin inkişafı üçün QHT və biznes qurumlarının birgə əməkdaşlığı? mövzusunda keçirilən müsabiqə 2009-cu il oktyabrın 5-də elan edilmişdi. Şərtlərə əsasən, KİV əməkdaşları ?Qaradağ Sement? ASC-nin fəaliyyəti ilə bağlı olan kiçik jurnalist araşdırması üçün layihə təklif edib. ?Qaradağ Sement? ASC elan etdiyi bu müsabiqədə xeyli jurnalist iştirak edib. Münsiflər Heyəti isə 11 nəfərin təklifiərinə dəstək vermək qərarına gəlib. Layihələrin qiymətləndirilməsi zamanı onların innovativ və yaradıcı olmasına diqqət yetirilib. Müsabiqədə qalib gəlmiş jurnalistlər ?Reytinq? qəzetinin redaktoru Seymur Verdizadə, ?Ayna? qəzetinin əməkdaşı Fərəh Sabirqızı, ?Modern. az? saytının əməkdaşı Lalə Musaqızı, ?Şərq? qəzetinin əməkdaşı Seymur Qasımbəyli, ?Ekspres? qəzetinin əməkdaşı Aqil Aslan, ?Həftə içi? qəzetinin əməkdaşı Mirvari Kamilqızı, ?Olaylar? qəzetinin əməkdaşı Ədil Ədilzadə, SİA-nın əməkdaşı Elçin Bayramlı, AzərTAc-ın əməkdaşı Xətayi Əzizov, Respublika qəzetinin əməkdaşı Xəlil Cabbarov olublar. Qaliblərə pul mükafatları, hədiyyələr və sertifikatlar təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR