?Jurnalistlər Ekstremal Şəraitdə? birliyi polis-KiV mövzusunda müsabiqə elan edib

img

06-01-2010 [04:40]


?Jurnalistlər Ekstremal Şəraitdə? ictimai birliyi polis-KİV mövzusunda jurnalist müsabiqəsi elan edir. Bu xəbər Turana qurumun mətbuat xidmətindən daxil olub. Xəbərə görə, müsabiqə qurumun ATƏT-in maliyyə dəstəyilə həyata keçirdiyi ?Hüquq-mühafizə orqanları ilə KİV arasında münasibətlərin tənzimlənməsi yolları? (II hissə) layihəsi çərçivəsində keçirilir. Mənbə polis və KİV əməkdaşlığı, polisin cinayətkarlığa qarşı mübarizəsi, cinayətkarlığa qarşı mübarizədə itkiləri və s. mövzulara dair yazıların müsabiqəyə təqdim ediləcəyini yazır. Xəbərdə müsabiqəyə təqdim ediləcək yazıların mətbuatda dərc edilməsi (yazının kserosurəti, elektron versiyasının müsabiqəyə təqdim olunması), yazının sonunda ??Jurnalistlər Ekstremal Şəraitdə? İctimai Birliyinin polis və KİV müsabiqəsinə təqdim edilir? qeydinin olması şərt olaraq göstərilir. Mənbə həmçinin müsabiqənin elektron KİV-lər üçün də açıq olduğunu bildirir. Materiallar müsabiqə üçün bu il yanvarın 5-dən fevralın 20-nə kimi qəbul edilir. Mükafat olaraq I yer üçün hər biri 300 manat olmaqla 2 mükafat, II yer üçün hər biri 200 manat olmaqla 2 mükafat, III yer üçün hər biri 150 manat olmaqla 2 mükafat və sertifikatlar verilməsi nəzərdə tutulur. Əlaqə telefonları: (012) 4925791; 050 3786059 (Firuzə Əsədullayeva) və 050 6803491 (Nahid Canbaxışlı).

Digər xəbərlər
SON XƏBƏRLƏR