33 jurnalist KiV-ə Dövlət Dəstəyi Fondunun müsabiqəsinin qalibi oldu

img

24-12-2009 [03:41]


Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda Müşahidə Şurasının iclası keçirilib. Fondun icraçı direktoru Vüqar Səfərli müsabiqənin gedişi və qalib olan yazılar haqda məlumat verib. V.Səfərli bildirib ki, 5 noyabr 2009-cu il tarixdə elan edilmiş müsabiqədə iştirak etmək üçün Fonda 85 yazı təqdim olunub. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib. Beləliklə, təqdim olunan 85 yazıdan 33-ü müsabiqənin qalibi olub. Qaliblər arasında "Reytinq", "İki sahil", "Xalq qəzeti, "Bakı-xəbər", "Kaspi", "Zaman-Azərbaycan", "Türküstan" , "Palitra", "Üç nöqtə", "Xalq cəbhəsi", " Yeni Musavat" "Azərbaycan" qəzetləri, bir neçə informasiya agentliyinin əməkdaşları var.

Digər xəbərlər
SON XƏBƏRLƏR