AYB-də 2009-cu ilin ədəbi yekunlarına həsr olunmuz mükafatlandırma mərasimi keçirilib

img

12-01-2010 [02:05]


Yanvarın 11-də Azərbaycan Yazıçılar Birliyinin ?Natəvan? klubunda 2009-cu ilin ədəbi yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib. ?Bizim Söz? qəzetinin təşəbbüsü və təşkilatçılığı, Yazıçılar Birliyinin dəstəyi ilə baş tutan mərasimdə ədəbiyyat sahəsində göstərdikləri xidmətlərə görə qələm sahibləri, ictimai-siyasi xadimlər, təşkilatlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb. Müxtəlif nominasiyalar üzrə qalib gələnlərin siyahısı belədir: ?İlin gənc şairi? ? Əvəz Qurbanlı; ?İlin gənc nasiri? ? Zərdüşt Şəfizadə; ?İlin tənqidçisi? ? Əsəd Cahangir; ?Qarabağ mövzusunda yazılmış nəsr əsəri? ? Aqil Abbasın ?Dolu? romanı; ?Qarabağ mövzusunda yazılmış poema? ? Ədalət Əsgəroğlunun ?Dərdimizin qan rəngi?; "İlin ədəbi saytı? ? www.kultaz.com. ?Ədəbiyyata qayğı göstərən millət vəkili ? ? Qənirə Paşayeva; ?İlin bədii kitabı? ? Qənbər Şəmşiroğlunun ?Tale oxşarlığı? kitabı; ?İlin televiziya filmi? ? Ənvər Seyidov; ?İlin ədəbi qəzeti? ? ?525-ci qəzet?; ?İlin nəşriyyatı? ? ?Azərnəşr?; ?İlin telelayihəsi? ? ANS TV-nin ?Qulp? proqramı; ?İlin tərcümə əsəri? ? Adil Cəmilin ?Manas? dastanının tərcüməsi; ?İlin kitab təbliğatçısı? ? ?Əli və Nino? kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli; ?İlin elmi kitabı? ? Vüsalə Musalının ?Osmanlı təzkirələrində Azərbaycan şairləri?; ?İlin ədəbi qurumu? ? Dünya Gənc Türk Yazarlar Birliyi; ?Gənc yazarların dostu? ? Vaqif Bəhmənli; ?İlin ədəbiyyatşünas alimi? ? Şəhla Tahirqızı; ?AYB-nin ən fəal bölməsi? ? Muğan bölməsi; ?İlin ədəbi məclisi? ? ?Qurbani? məclisi; ?İlin naşiri? ? Elçin İsgəndərzadə; ?İlin ədəbi dərnəyi? ? ?Metafora? dərnəyi. Qaliblərə diplomları ?Bizim söz? qəzetinin baş redaktoru Ələmdar Cabbarlı təqdim edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR