Soros Fondu jurnalist müsabiqəsinin nəticələrini elan etdi

img

21-12-2009 [05:14]


ACİ-YF-nun elan etdiyi jurnalist müsabiqəsində 15 jurnalist konsepsiya mərhələsinin qalibi elan edilib. Seçim 2 meyar əsasında aparılıb: secilmiş mövzuda problemin əsaslandırılması və araşdırma zamanı istifadə ediləcək alət və vasitələrin səmərəliliyi. Dəyərləndirmə hər 2 meyar üzrə 10 ballıq sistemlə aparılıb və daxil olmuş 47 konsepsiyadan yalnız 15-i qalib gəlib. Qeyd edək ki, qalib gələn konsepsiyalar üzrə maksimal bal 17.3, minimal bal isə 12.8 olub. Dəyərləndirmə zamanı daxil olmuş konsepsiya müəlliflərinin adları məxfi saxlanılmış, bununla juri üzvləri tərəfindən tam şəffaflıq və ədalətlilik təmin edilməklə seçim edilmişdir. Qalib gələn jurnalistlərin siyahısı: Elxan Salahov Erfan İraclı Qurban Yaquboğlu Hicran Həmidova Cavid Xəlilov Kamal Əli Dünya Sakit Neman Səfərəliyev Səbinə Vaqifqızı Səadət Akifqızı Xalidə Babayeva Xalid Vahidoğlu Həbibə Abdulla Aytən Fərhadova Fərəh Sabirqızı Növbəti mərhələdə qalib gəlmiş jurnalistlər təqdim etdikləri konsepsiya üzrə araşdırma aparacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR