?Avropa? otelində keçirilən beynəlxalq konfransda televiziya kanalları tənqid edilib

img

11-12-2009 [01:18]


05;n 10-da ?Avropa? otelində Dünya Demokratiya Hərəkatının ?Hakimiyyət-Vətəndaş Cəmiyyəti münasibətlərinin inkişafı? mövzusunda 2 günlük (10-11 dekabr) Beynəlxalq Konfrans öz işinə başlayıb. Konfransda, diplomatik korpusların, yerli və beynəlxalq nümayəndələri iştirak ediblər. Sessiyanın açılışını Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, Malopoloska Təhsil Birliyinin nümayəndəsi Alicja Derkovska, Dünya Demokratiya Hərəkatının nümayəndəsi Ryota Jonen ediblər. Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev bildirib ki, tədbirə hökumət nümayəndələri dəvət olunsalar da, onlar konfransın işinə qatılmayıblar. O, iki gün keçiriləcək tədbirdə insan hüquqları sahəsində müxtəlif mövzuların (?Vətəndaş cəmiyyətinin fəaliyyətinin hüquqi bazası?, ?Beynəlxalq İnsan Hüquqları Gününün bayram edilməsi - Azərbaycanda İnsan Hüquqları bu gün?, ?İnsan Hüquqları milli qurumlarının insan hüquqlarının inkişafında rolu?) müzakirə ediləcəyini bildirib. Norveç səfiri Jon Ramberq çıxış edərək bildirib ki, indiki dövrdə Norveç digər ölkələrə nisbətdə Azərbaycana daha çox qrant ayırır və məqsəd Azərbaycanda demokratiya daha yüksək səviyyədə inkişaf etməsidir. Avropa Şurası baş katiblinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek vətəndaş cəmiyyəti ilə hökumət arasında daimi dialoqun olmasının demokratiyanın əsas atributlarından olduğunu, bununla bərabər vətəndaş cəmiyyətinin özünün daxilində də dialoqun olmasının vacibliyini bildirib. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov bildirib ki, nə qədər ki bu kimi tədbirlər televiziya kanallarında yayımlanmayacaq, bu tədbirlərin vətəndaş cəmiyyətinin inkişafına heç bir xeyri olmayacaq. Konfransda həmçinin ?Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası? sədri Sahib Məmmədov çıxış edərək bildirib ki, ?Qeyri-hökumət təşkilatları haqqında? qanun sadələşdirilməlidir və qeyri-hökumət təşkilatlarının nümayəndələri bu sahədə müəyyən işlər görməli və bizim də dəstəyimizlə qanunun dəyişdirilərək parlamentdə qəbul edilməsinə nail ola bilərik. Beynəlxalq Konfrans öz işini dekabrın 11-də də davam etdirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR