Açıq Cəmiyyət institutu Yardım Fondu jurnalist müsabiqəsi elan edir

img

25-11-2009 [01:07]


Açıq Cəmiyyət İnstitutu Yardım Fondu jurnalist müsabiqəsi elan edir. Müsabiqədə iqtisadiyyat (ictimai vəsaitlərin istifadəsində hesabatlılıq, şəffaflıq və səmərəlilik) sahəsində təcrübəsi olan peşəkar yazarlar, o cümlədən adı çəkilən sahəyə marağı olan və özünü sınamaq istəyən jurnalistlər iştirak edə bilərlər. Müsabiqə 3 mərhələli olacaq. İlkin mərhələdə jurnalistlərdən seçdikləri mövzu üzrə maksimum 500 sözlük konsepsiya tələb edilir. Konsepsiyada araşdırmanın necə aparılması barədə məlumat əks etdirilməlidr. Bu mərhələdə qalib gələn jurnalistlər USD 200 həcmində pul mükafatı ilə təltif edilir və 2-ci mərhələdə iştirak imkanı qazanır. 2-ci mərhələdə isə jurnalistlər tərtib etdikləri konsepsiya üzrə araşdırma yazısı hazırlayırlar və mətbu orqanında çap etdirirlər. Bu mərhələdə qalib gələn jurnalistlər USD 2000 məbləğində pul ilə mükafatlandırılır. Mükafatların sayı araşdırmaların keyfiyyətindən asılı olaraq maksimum beş olacaq. Diqqət! 2-ci mərhələdə qalib gəlmiş yazı müəllifləri arasında ən yaxşı araşdırma müəllifi xarici ölkədə treninq keçmək şansı əldə edəcək. Konsepsiyaları təqdim etmək üçün son tarix 10 dekabr, 2009 Konsepsiyalar [email protected][email protected] ünvanına ?müsabiqə üçün? başlığı altında və ya H. Əliyev 117 A ünvanına göndərilməlidir. Müsabiqə ilə bağlı 01 dekabr, 2009-cu il saat 11:00-də ACİ-YF ofisində (Həsən Əliyev 117A) informasiya sessiyası keçiriləcək. Məlumat üçün 564 34 75 (311) telefonu ilə əlaqə saxlaya bilərsiniz. Konsepsiya mövzuları 1) Təhsil proqramları çərçivəsində təklif olunan mövzular 1.1. Kar, kor, nitqi qüsurlu, fiziki qüsurlu və iflic uşaqlar üçün internat məktəblərinin təchizat səviyyəsinin yüksəldilməsinə çəkilən xərclərlə bağlı araşdırma 1.2. Məktəbəqədər təhsil müəssisələrinin tikintisi və yenidənqurulmasına çəkilən xərclərlə bağlı araşdırma 1.3. Məktəbəqədər təhsil müəssisələrinin avadanlıq və təchizatına çəkilən xərclərlə bağlı araşdırma 1.4. Məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatına çəkilən xərclərlə bağlı araşdırma 1.5. Texniki-peşə məktəblərinin saxlanması ilə bağlı xərclərin araşdırlıması 1.6. Orta ümumtəhsil məktəblərinin istilik sisteminin yenidənqurulmasına çəkilən xərclərin araşdırılması 2) Səhiyyə proqramları çərçivəsində təklif olunan mövzular 2.1.Xroniki böyrək çatışmazlığı ilə bağlı xəstəxanaların zəruri avadanlıqlarlar və dərman preparatları ilə təchizatına çəkilən xərclərlə bağlı araşdırma 2.2. Yoluxucu xəstəliklərlə bağlı dərman təchizatına çəkilən xərclərlə bağlı araşdırma 2.3. Onkoloji xəstələrin dərman təchizatına çəkilən xərclərlə bağlı araşdırma 2.4. Doğuşa yardım müəssisələrinin tibbi avadanlıqlarla təchizatına çəkilən xərclərlə bağlı araşdırma 3) Sosial müdafiə proqramları çərçivəsində təklif olunan mövzular 3.1. Əlillərin müalicəsi və sanator-kurort müəssisələrinə göndərilməsi ilə bağlı xərclərin araşdırılması 3.2. Əlillərin texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin edilməsi 3.3. Əlillərin mənzil tikintisi vətəminat xərcləri ilə bağlı araşdırma 3.4. Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarının təşkilinə çəkilən xərclərlə bağlı araşdırma 3.5. Haqqı ödənilən ictimai işlərin təşkilinə çəkilən xərclərlə bağlı araşdırma 3.6. Əmək yarmarkalarının keçirilməsi ilə bağlı xərclərin səmərəliliyinin araşdırılması 4) Ərzaq təhlükəsizliyi proqramı və aqrar siyasət tədbirləri çərçivəsində təklif olunan mövzular 4.1. Əkinə yararlı torpaq dövriyyəsinin genişləndirilməsi ilə bağlı melorasiya xərclərinin araşdırılması 4.2. Cins mal-qara və yüksək keyfiyyətli toxum növlərinin idxalı ilə bağlı xərclərin araşdırılması 4.3.Suvarma və kollektor-drenaj şəbəkələrinin qurulması və barpasına çəkilən xərclərin araşdırılması 4.4. Su anbarlarının tikintisi ilə bağlı xərclərin araşdırılması 4.5. Subartezian quyuların qazılması ilə bağlı xərclərin araşdırılması 4.6.Məhsulların saxlanması üçün regionlarda tikilən anbarlarla bağlı xərclərin araşdırılması 4.7. Məhsul istehsalçılarına verilən susidiyaların istifadəsi və çatdırılması ilə bağlı araşdırma 5) İctimai vəsaitlərin şəffaflığı, səmərəliliyi və hesabatlılığı ilə bağlı sərbəst mövzuda araşdırma

Digər xəbərlər
SON XƏBƏRLƏR