BMT Əhali Fondu jurnalistlər üçün təlim keçirib

img

07-12-2009 [05:14]


BMT-nin Əhali Fondunun Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi gender sahəsindən yazan jurnalistlər üçün ?Gender əsaslı zorakılığın KİV-də işıqlandırılması: prinsiplər və standartlar? mövzusunda 3 günlük təlim kursu keçirib. 4-6 dekabr tarixləri arasında keçirilən təlimin əsas məqsədi gender əsaslı zorakılıqla (GƏZ) bağlı KİV nümayəndələrinin məlumatlılığının artırılması, GƏZ və qadın hüquqları ilə bağlı yazıların keyfiyyətini və obyektivliyini artırmaq üçün jurnalistlərin zəruri nəzəri və praktik biliklərlə təmin edilməsi olub. Jurnalistlərin peşəkarlığının artırılması təlimləri Layihənin əsas komponentlərindən birini təşkil edən ictimai məlumatlandırma fəaliyyəti çərçivəsində həyata keçirilib. Təlimdə KİV nümayəndələrinə həmçinin GƏZ, onun səbəb və nəticələri, yayılma səviyyəsi, qadınlara, kişilərə və uşaqlara təsiri; ictimaiyyətdə gender əsaslı zorakılıq və qadın hüquqları ilə bağlı təsəvvürün və fikirlərin formalaşmasında medianın rolu; GƏZ qurbanları haqda yazarkən anonimlik və həssaslıq prinsiplərinə əməl edilməsi; bu il 30 illiyi qeyd edilən BMT-nin Qadınlara qarşı Ayrı-Seçkiliyin Aradan Qaldırılması üzrə Konvensiyası; 25 noyabr - 10 dekabr tarixlərini əhatə edən zorakılıq əleyhinə 16 günlük kampaniya və s. barədə ətraflı məlumat verilib. Təlimdə region və paytaxtdan olan jurnalistlər iştirak edib. Qeyd edək ki, təlim ?Güzəran? Sosial Araşdırmalar Mərkəzinin texniki təşkilatçılığı ilə həyata keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR