Rauf Arifoğlu ?Yeni Müsavat? qəzetinin rəsmən təsisçisi oldu

img

26-11-2009 [01:01]


?Yeni Müsavat? qəzetinin təsisçisi rəsmən dəyişdi. Qəzetin 26 noyabr sayı Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görüb. Rauf Arifoğlu bu nəşrin qurucusu və baş redaktorudur. ?Yeni Müsavat?ın əvvəlki təsisçisi Müsavat Partiyasının başqanı İsa Qəmbər idi. O, noyabrın 8-də ?Yeni Müsavat? qəzetinin 20 illik yubileyində nəşrin təsisçiliyindən imtina etdiyini bildirmişdi. İsa Qəmbər 1989-cu il noyabrında yaradılmış ?Yeni Müsavat?a 1993-cü ildən təsisçilik edib. Artıq müvafiq sənədləşmə işləri başa çatdığından təsisçi dəyişikliyi rəsmiləşib.

Digər xəbərlər
SON XƏBƏRLƏR