?Bakqaz? Azərbaycan Nəzriyyatından 235 min manat tələb edir

img

07-12-2009 [04:20]


?Azərbaycan? Nəşriyyatı ilə Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsi (?Bakqaz?) arasında məhkəmə çəkişməsi gedir. Bu barədə Lent.az-a Bakı Apelyasiya Məhkəməsindən məlumat verilib. Belə ki, ?Bakqaz? 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edərək nəşriyyatı 20 ildən artıq müddətdir, təbii qazla təchiz etdiyini, lakin sonuncunun istehlak etdiyi qazın dəyərini tam olaraq ödəmədiyindən onun 01.01.98-ci il tarixdən 01.09.2008-ci il tarixədək 235 484 manat məbləğində qalıq borcu yarandığını bildirib. İddiaçı qeyd edilən borcun ödənilməsi məqsədilə cavabdehə xəbərdarlıq etsə də, borc ödənilməmiş qaldığından, hazırkı iddia ilə məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən, yəni 3 302 manat hissəsində təmin edilməsi, 22 104 manat hissəsində icraata xitam verilməsi və qalan hissədə rədd edilməsi haqqında qətnamə qəbul edilib. Bakı Apelyasiya Məhkəməsi isə həmin qətnaməni qismən, yəni iddianın 22 104 manat hissəsində icraata xitam verilməsi və qalan hissədə rədd edilməsi hissələrində ləğv edib. həmin hissələrdə, yəni 232 181 manat məbləğində iddia tələbini təmin edib. Bu nəticəylə razılaşmayan ?Bakqaz? bu dəfə Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə də öz növbəsində məhkəmənin düzgün nəticəyə gəlmədiyi qənaətilə işə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərib. İş hazırda Bakı Apelyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın icraatındadır. Hazırda ?Bakqaz? ?Azərbaycan? Nəşriyyatından 235 484 manat borcun ödənilməsini tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR