?Milli Net-2009? müsabiqəsinin qeydiyyat prosesi baza çatıb

img

01-12-2009 [02:04]


Azərbaycan İnternet Forumu (AİF) tərəfindən təsis edilən ?Milli Net-2009? müsabiqəsinin qeydiyyat prosesi başa çatıb. Müsabiqənin təşkilat komitəsindən verilən məlumata görə, ilin əvvəlindən 1000 nəfərdən çox iştirakçı qeydiyyatdan keçib, 500-dən çox sayt müsabiqəyə təqdim edilib. Müsabiqəyə 300-dən çox sənəd qəbul edilib. Belə ki, müsabiqəyə daxil olan saytlardan 150-dən çoxu şərtlərə uyğun gəlmədiyinə görə müsabiqəyə buraxılmayıb. Saytların müsabiqəyə buraxılmamasının səbəbi saytlarda qanunvericiliyə uyğun gəlməyən informasiyaların yerləşdirilməsi, müəllif hüquqlarının pozulması, Azərbaycan dili versiyasının olmaması və müsabiqənin loqosunun indiyədək saytda yerləşdirilməməsidir. Qeyd edək ki, müsabiqədə hər nominasiya üzrə 1-ci yerlərin qaliblərinə ?Milli Net?in tuncdan hazırlanan xüsusi mükafatı- hörümçək əks olunan buta təqdim ediləcək. Təqdimat mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub. SİA

Digər xəbərlər
SON XƏBƏRLƏR