DAK Milli Hökumətin 65-ci ildönümü münasibətilə konfrans keçirəcək

img

08-12-2009 [03:08]


Dekabrın 9-da Azərbaycan Atatürk Mərkəzində Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığıyla 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvəri və onun yaxın silahdaşlarının rəhbərliyi altında qurulmuş Güney Azərbaycan Milli Hökumətinin 65-ci ildönümü münasibətilə konfrans keçiriləcək. Tədbirdə Azərbaycanın ictimai-siyasi xadimləri, millət vəkilləri, quzeyli-güneyli tələbələr iştirak edəcəklər. Konfransda 21 Azər Hərəkatının mahiyyəti, Milli Hökumətin həyata keçirdiyi və gerçəkləşdirə bilmədiyi islahatlar, bu hərəkatın Güney Azərbaycan Milli Hərəkatına verdiyi töhfələr və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR