Elçin Əsgərovla Altay Göyüzov birgə fəaliyyətə bazlayıblar

img

25-11-2009 [12:29]


01;dqiqatların nəşri üzrə nufuzlu beynəlxalq Routledc (Routledge) nəşriyyatı, eyni zamanda Oxford və Nyu-York şəhərlərində keçmiş SSRİ olkələrində İslam və İslam təhsili problemlərinə həsr olunmuş fundamental tədqiqat kitabı nəşr etmişdir. Bu nəşriyyat yalnız elmi səviyyəsi beynəlxalq əhəmiyyət kəsb edə bilən kitabların çapinı həyata keçirir. Bu kitab ?Mərkəzi Asiya araşdırmaları? seriyası çərçivəsində nəzərdə tutulmuş və bu seriyanın çərçivəsində nəşrlərin davamı gözlənilir. Kitabda həm SSRİ dövründə, həm də müstəqillikdən sonra Rusiya, Azərbaycan və Özbəkistanda İslamın vəziyyəti, sovet dövründəki qadağalar və müstəqillikdən sonrakı inkişaf dinamikası, problemlər və onların həllinə həsr olunmuş elmi tədqiqatlar toplusu cəm olunmuşdur. Kitab əsasən ingilisdilli ölkələrin (ABŞ, Kanada, İngiltərə, Avstraliya, CAR) universitet və tədqiqat mərkəzləri üçün Qafqaz və Mərkəzi Asiya üzrə vəsait kimi nəzərdə tutulmuşdur. Kitabda Azərbaycandakı vəziyyətə həsr olunmuş bölüm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elçin Əsgərov və BDU-nun dosenti, eyni zamanda Los-Anceles Universitetinin professoru Altay Göyüşov tərəfindən yazılmışdır. Həmin bölümdə həm Sovet dövrünün ilk illərindən başlayaraq Azərbaycanda İslamın üzləşdiyi vəziyət, SSRİ-nin güclənməsi ilə bərabər dinə qarşı dəyişən münasibət, digər respublikalarla müqayisədə fərqli anlar, həm də müstəqillik dövründən başlayaraq ölkədə dini dəyərlərə olan münasibətin dəyişməsi, yeni dövlət-din mübasibətlərinin formalaşması, dini dəyərlərə qayıdış, dinin ictimai həyatdakı rolu və s. problemlərə həsr olunmuş maraqlı tədqiqat, analitika və faktlar öz əksini tapmişdır. Kitabın tədqiqat baxımından əhəmiyyətini qeyd edən faktlardan bəlkə də biri, nəşriyyat tərəfindən həmin kitaba digər analoji tədqiqaqat xarakterli kitablar ilə müqayisədə çox baha satış qiyməti qoyulmasıdır. Qeyd edək ki, həmin tədqiqat bir-neçə ilin məhsulu olmuş, hələ adı çəkilən nəşriyyatda çap edilməmişdən əvvəl Almaniya universitetlərinin diqqətini cəlb etmiş və həmin tədqiqatın qisaldılmış varianti Almaniyanin Bohum Universiteti tərəfindən nəşr edilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR