KiV-in inkizafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Avropanı gəzib

img

29-11-2009 [09:55]


Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin rəhbərliyi ilə qurumun nümayəndə heyəti noyabrın 22-dən 29-dək Avstriyada işgüzar səfərdə olub. Nümayəndə heyətinin tərkibində fondun Müşahidə Şurasının sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Müşahidə Şurasının sədr müavini, ?İki sahil? qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, fondun Müşahidə Şurasının üzvləri ? Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov təmsil olunublar. Səfərin əsas məqsədi kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi ilə əlaqədar Avstriya təcrübəsi, bu sahədə fəaliyyət göstərən dövlət qurumlarının strukturu və iş prinsipi ilə tanışlıqdan ibarət olub. Nümayəndə heyəti səfər çərçivəsində mərkəzi ofisi Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutu, Avstriya Kommunikasiya İdarəsi (?KommAustria?), Avstriya Teleradio və Telekommunikasiya Tənzimləmə MMC, Avstriya Qəzetlər Assosiasiyası, ?Məktəbdə qəzet? Cəmiyyəti, Avstriya Tiraja Nəzarət Cəmiyyəti və nüfuzlu gündəlik qəzetlər - ?Kurier? və ?Standard?-ın redaksiyalarında görüşlər keçirib. Sual-cavab və faydalı fikir mübadiləsi şəklində keçən görüşlərdə Azərbaycanda yeni yaradılmış fondun mətbuatın iqtisadi bazasını gücləndirməyə, ölkədə plüralizmi, fikir və söz azadlığını möhkəmləndirməyə xidmət edəcəyinə əminlik ifadə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR