BAMF-da layihə idarəçiliyi təlimi keçirilib

img

24-11-2009 [02:31]


Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) ?Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin monitorinqi? layihəsi çərçivəsində ehtiyacı olan qeyri-hökumət təşkilatlarının nümayəndələrinə layihə idarəçiliyi təlimi keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, təlimi BAMF-ın beynəlxalq məsləhətçisi Lütfül Kabir aparıb. Treninq iştirakçılarına əvvəlcə layihələrin hazırlanması, sonra isə idarə olunması barədə təlimlər verilib. Eyni zamanda onlara layihələr çərçivəsində press-relizlərin hazırlanması və mətbuatla səmərəli işləməyin yolları da izah edilib. Treninqdə iştirak edən təşkilat nümayəndələri belə təlimlərin səmərəli olacağını deyiblər. Treninqdə BAMF-ın və Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin monitorinqi? layihəsinin işçi heyətlərinin nümayəndələri də iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR