Taleh Şahsuvarlı: ?Belə bir referendum Azərbaycanda da keçirilməlidir?

img

01-12-2009 [04:07]


Tanınmış yazar Taleh Şahsuvarlı noyabrın 29-da İsveçrədə keçirilən ?minarə? referendumunun nəticələrini dəstəklədiyini açıqlayıb. Bu barədə fikirlərini bölüşən yazar bildirib ki, İsveçrədə minarələrin referendumla yasaqlanması onun üçün gözlənilməz olmayıb: ?Mən İsveçrə xalqının düz və düşünülmüş qərar verəcəyini gözləyirdim və məhz belə də oldu. İsveçrəlilər olduqca sülhsevər və uzaqgörəndirlər. İslam zikr və dua dini olmaqdan çox, müasir dünyada ?cəhalət ideologiyası? kimi çıxış edir və belə olan halda minarələr də inkişaf etmiş xalqlara qarşı təhlükənin simvoluna çevrilir. Məhz həmin simvola ?yox? deməklə İsveçrə əhalisi azad bazar, açıq cəmiyyət, dinc dünya ideallarına sadiqlik nümayiş etdirdi, özünün inkişaf etmiş mədəniyyətini rəsmi din kimi mövcud olduğu bütün ölkələri orta əsrlərdə saxlayan islamdan qorumaq iradəsini ortaya qoydu. Açıq demək lazımdır ki, islam ehkamları insan haqlarına qarşıdır. Belə bir referendum Azərbaycanda da keçirilməlidir.? Taleh Şahsuvarlının fikrincə, İsveçrədəki referendumun nəticələri həm də ?mədəniyyətlərarası dialoq? imitasiyasının sonunun başlanğıcıdır. ?Çünki mədəniyyətlərarası dialoq təxminən bərabər parametrlərə malik olan toplumlar arasında gedə bilər. Ancaq indiki halda Qərbdən fərqli olaraq islam ölkələrində sivilizasiyanın hətta adından belə söz etmək mümkün deyil. İslam ölkələrinin hamısında faşizm var. Avropa bir daha faşizmlə meydan vermək istəmir?- deyən yazar fikirlərini belə yekunlaşdırıb: ?İsveçrədə müsəlman ölkələrindən köç etmiş azlıq var. O adamlar islam ölkələrindəki krallardan, şeyxlərdən, hərəmxanalardan, yoxsulluq və işsizlik probleminin əlindən ora qaçıblar. Dinin leqallaşdırdığı rejimlərin sayəsində ucsuz-bucaqsız torpaqlarda canına yer tapmayanların gedib ərazisi 41 min kvadrat kilometr olan bir ölkədə minarələr tikməsini mən rəzillik sayıram. Onlar öz enerjilərini və vəsaitlərini İran, Səudiyyə Ərəbistanı kimi ölkələrin demokratikləşməsinə sərf etsəydilər, bəlkə Allaha daha xoş gedərdi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR