Özcan Dənizin Bakıdakı konserti təxirə salındı

img

23-11-2009 [06:09]


Türkiyənin tanınmış müğənnisi Özcan Dənizin 5 dekabr tarixində Heydər Əliyev Sarayında planlaşdırılan konserti təxirə salınıb. Bu barədə ANS PRESS-ə konsertin təşkilatçısı olan ?Qoliaf? media prodakşının mətbuat xidmətinin rəhbəri Azər Nəsibov məlumat verib. Onun sözlərinə görə, konsertin təxirə salınmasına səbəb Özcanın seriala çəkilişləri ilə bağlıdır. ?Hazırda türk kanallarının birində Özcan Dəniz ?Saman yolu? adlı serialda baş rolu canlandırır. Serialın çəkilişləri hər həfta aparıldığından, o heç cür çəkiliş meydançasını tərk edə bilmir. Bilirik ki, konsertin təxirə düşməsi xəbəri onun fanatlarını məyus edəcək. Amma sırf çəkilişlər ucbatından dekabrın 5-də keçirilməsi nəzərdə tutulan konsert baş tutmayacaq?, - deyə o vurğulayıb. Konsert üçün biletlərin satışa çıxarılmadığını vurğulayan A.Nəsibov müğənninin Bakıdakı konsertinin gələn il keçiriləcəyini söyləyib: ?Dekabrın sonları Məhərrəm ayının ağır günlərinə düşdüyündən konsertin gələn il keçirilməsi ehtimalı var. Amma indidən dəqiq tarix açıqlaya bilmərik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA