Sirkdə hər proqramdan əvvəl dizenfeksiya izləri aparılır

img

10-11-2009 [06:03]


?Bakı Dövlət Sirkinin heç bir dezinfeksiyaya ehtiyacı yoxdur?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümmətov ?donuz qripi?nə qarşı mədəniyyət ocaqlarında da aparılmalı olan dezinfeksiya işlərinə münasibət bildirərkən deyib. M.Hümmətovun sözlərinə görə, sözügedən mədəniyyət ocağında təqdim edilən hər bir proqramdan əvvəl dezinfeksiya işləri aparılır: ?Hər dəfə respublikaya gətirilən şou proqramlardan əvvəl sirkdə dezinfeksiya tədbirləri görülür. O cümlədən də indi. Şou başlamazdan əvvəl dizenfeksiya işləri aparıldı. Fikrimcə, yenidən buna ehtiyac yoxdur. Odur ki, sirk həvəskarları ehtiyat etmədən proqrama baxmağa gələ bilərlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA