"Media açarı" ilə bağlı ilginc faktlar açıqlandı

img

18-11-2009 [12:42]


Nəsimi rayon məhkəməsində ?Media açarı? musabiqəsinin qalibi Arzu Hacıyevanın (Abdulla) musabiqənin təsisçilərinə qarşı iddiası üzrə məhkəmə hazırlıq iclası keçirilib. Xatırladaq ki, A.Hacıyeva musabiqənin şərtlərinə əməl olunmadığına və ona elan olunmuş məbləğin verilmədiyinə görə məhkəməyə müraciət edib. Nəsimi rayon məhkəməsində hakim Elmar Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində cavabdeh ?Yeni Nəsil? Jurnalistlər Birliyi?ni iki huquqşünas təmsil edib. A.Hacıyevanın vəkili Elçin Namazovun Qaynar.info-ya verdiyi məlumata görə ?Yeni Nəsil? Jurnalistlər Birliyi?nin nümayəndələri işin məhkəmədə araşdırılmasına etiraz edərək, işə baxılmasina xitam verilməsini tələb ediblər. Nümayəndə bildirib ki, ?Media açarı? müsabiqəsi qeyri-rəsmi, formal bir müsabiqədir. Bu müsabiqədə təsisiçilik heç bir sənədlə tənzimlənmir, heç kim sübut edə bilməz ki, ?Yeni Nəsil? Jurnalistlər Birliyi? bu müsabiqənin təsisçisidir.? Vəkil E.Namazov qeyd edib ki, məhkəmə zamanı ortaya bir sıra ilginc məlumatlar çıxıb. ?Yeni Nəsil? Jurnalistlər Birliyi?nin nümayəndəsi bildirib ki, musabiqənin təsisçilər şurasının yaradılması barədə heç bir qərar verilməyib və ya protokol olmayıb. ?Nümayəndənin sözlərindən belə çıxdı ki, bu müsabiqə Arif Əliyevin və Yadigar Məmmədlinin şəxsi mülahizələrinə uyğun həyata keçirilir. Onun sözlərinə görə, müsabiqənin qaydaları da onlar tərəfindən tərtib olunub və təsdiqlənməyib. Buna baxmayaraq müsabiqə həmin qaydalara görə keçirilib. Bundan başqa JB-nin nümayəndəsi bildirib ki, müsabiqə ilə bağlı élan verilmir, yəni kimsə hansısa qəzetdə bu barədə yazır və bununla da yazilar qəbul olunur. Vəkilin sözlərinə görə, JB ümumiyyətlə bu müsabiqəyə görə hansısa qurumun məsuliyyət daşımadıgını bildirib və bunu müsabiqənin formal olaraq keçirilməsi ilə izah edib. Məhkəmə cavabdeh tərəfin etirazlarını qəbul etməyərək, işin məhkəmə baxışına çıxarılması və 26 noyabra təyin edilməsi barədə qərar verib. QayNar

Digər xəbərlər
SON XƏBƏRLƏR