?Milli Net-2009? müsabiqəsinin 1-ci mərhələsinin baza çatır

img

03-12-2009 [06:16]


04 dekabr 2009-cu il tarixdə Milli Net - Milli İnternet Mükafatı Müsabiqəsinin qeydiyyat prosesinin və səsvermənin 1-ci mərhələsinin başa çatmasına həsr olunan mətbuat konfransı keçiriləcək.Məlum olduğu kimi Milli Net - 2009 ölkədə İnternetin inkişafına və populyarlaşmasına dəstək məqsədilə AİF tərəfindən təsis olunan peşəkar İnternet mükafatıdır. Mətbuat Konfransında Milli Net-2009 Müsabiqəsində qeydiyyat prosesinin və səsvermənin 1-ci mərhələsinin yekunları haqqında məlumat veriləcək. Müsabiqənin nominantları elan ediləcək. Mətbuat konfransı 04 dekabr 2009-cu il tarixdə saat 12-də TREND İnformasiya Agentliyinin konfrans zalında keçiriləcək. Müsabiqədə səsvermənin 2-ci mərhələsi və qaliblərin müəyyən edilməsi dekabrın 15-dək başa çatdırılacaq. Milli İnternet Mükafatının qaliblərinin mükafatlandırılmasından ibarət yekun Təqdimat mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR