Parlamentdə jurnalistlərin mənzil məsələsi qaldırıldı

img

11-11-2009 [05:13]


Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Aynur Quliyeva jurnalistlərin mənzil problemi məsələsinə toxunub. Lent.az-ın məlumatına görə, A.Quliyeva jurnalistlərin mənzil kooperativi yaratdığını və onların Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdiyini xatırladıb: ?Lakin onların torpaq sahəsi ayırmaqla bağlı müraciəti cavabsız qalıb. KİV-in inkişafı üçün nəzərdə tutulmuş maliyyə vəsaitini artırmaqla media nümayəndələrinin ev problemini həll etmək olar?. A.Quliyeva 2010-cu ilin dövlət büdcəsi layihəsində İctimai Televiziya və Radio Yayımları Şirkətinə maddi vəsaitin ayrılması məsələsinə yenidən baxılmasını təklif edib: ?İTV əsl mənada üzümüzü ağ edən telekanaldır. Ona görə də bu şirkətə vəsaitlərin ayrılması məsələsinə yenidən baxılmasını xahiş edirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR