Leyla Əliyevanın ?Xocalıya ədalət? çağırızı dəstəklənir

img

02-11-2009 [01:16]


Bu gün ?Hyatt-Regency? otelində İKT-nin gəncliyin inkişafında rolu üzrə 1-ci Beynəlxalq və 2-3 noyabr 2009-cu il tarixlərində Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə Bakı şəhərində ?Rəqəmsal texnologiyalar dövrü və yeni nəsil: İKT sahəsində gənclərin biliklərinin artırılması? mövzusunda konfrans keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə İslam Konfransı Təşkilatı, Avropa ölkələrindən 100-ə yaxın gənc ekspert, o cümlədən İKT sahəsində ixtisaslaşmış aparıcı şirkət, elmi-tədqiqat institutu, qeyri-hökümət təşkilatlarının nümayəndələri və konfransın beynəlxalq tərəfdaşı ?TurkTelekom? şirkəti iştirak edib. Konfransda Dialoq və Əməkdaşlıq Uğrunda ? İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən ?Xocalıya ədalət? kampaniyasının təqdimatı da olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA