?Alma? qəzetinin kollektivi istefa verib (yenilənib)

img

11-11-2009 [11:37]


Həftədə bir dəfə işıq üzü görən ?Alma? qəzetinin kollektivi ümumilikdə istefa verib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, kollektivin belə bir qərar verməsi qəzet sahibinə etiraz etməkdir. Bu barədə bizə məlumat verən şəxsin sözlərinə görə, redaksiya heyəti son günlər yaranan maliyyə problemləri ilə bağlı etirazını bildirmək üçün ümumilikdə belə bir qərar veriblər. Kollektiv üzvlərinin bütövlükdə istefa vermə səbəblərindən birinin də redaktor Elnur Astanbəyli ilə bağlı olduğu bildirilir. Belə ki, E.Astanbəylinin müxtəlif qəzetlərdə dərc olunan yazıları onun ?Alma?da işləməsinə mane olub. Həmin yazılar əsas gətirilərək, E.Astanbəyli redaktor vəzifəsindən çıxarılıb. Kollektiv üzvləri isə Astanbəylinin qəzetdən çıxarılmasına etiraz olaraq, istefa veriblər. Qəzetin keçmiş şef-redaktoru Zahir Əzəmət bildirib ki, atdıqları addım qəzetin kursu ilə bağlıdır: ""Alma" bir gənclik və təhsil proyekti idi. Ölkədə baş verən proseslərə tam dərinliyi ilə münasibət bildirmək, qəzetin kursu ilə uyğun gəlmirdi. Qərara gəldik ki, qəzetin kursunu dəyişməkdənsə, fəaliyyət müstəvimizi dəyişək. Ya yeni proyektlərə başlayacaq, ya da daha münasib KİV-lərdə işimizi davam etdirəcəyik."

Digər xəbərlər
SON XƏBƏRLƏR