Arzu Qazıyevanın ?çanaqqaladan bazlanan yol? sənədli filmi hazırdır

img

26-10-2009 [05:33]


?Çanaqqaladan başlanan yol? sənədli filmi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilib. Film 1920 -1922-ci illərdə Türkiyənin milli istiqlal savaşına Azərbaycan türklərinin yardımından bəhs edir. Filmin ssenari müəllifi Arzu Qazıyeva Müstəqil İnformasiya Agentliyinə bildirib ki, ?Çanaqqaladan başlanan yol? filmi ?AQAP? prodüser mərkəzində tanınmış prodüser Bəxtiyar Həsənov tərəfindən çəkilib. Filmin quruluşçu rejissoru Rövşən İsmayılov, operator Nuray Səfərlidir. Gerçəkləşən film layihəsi Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən də dəstəklənib. Ssenari müəllifi Arzu Qazıyevanın sözlərinə görə, XX əsr Azərbaycan, eləcə də Türkiyə tarixində bəzi qaranlıq məqamlarla yanaşı, açılmamış çoxlu şərəfli səhifələr var: ?Məncə, bu səhifələrin dərindən araşdırılması hər iki ölkəyə başucalığı gətirər. İndiyədək müxtəlif səbəblər üzündən açılmamış bu şərəfli məqamları xalqa təqdim etmək lazımdır?. Arzu xanım sözlərinə görə, çəkilən filmi digər sənədli filmlərdən fərqləndirən cəhət araşdırma xarakteri ilə seçilir: ?Məsələn, Türkiyəyə qarşı Balkan savaşları başlayan ərəfədə Bakıda zəngin insanlar xeyriyyə cəmiyyəti yaratmışdılar. Bu cəmiyyət tərəfindən müntəzəm olaraq, Anadoluya yardımlar göndərilirdi. Bundan əlavə, Bakı sahibkarları Anadoluda kimsəsiz uşaqlar üçün uşaq evləri tikdirib, onların fəaliyyətinə vəsait ayırırdılar. Ruslar müharibə zamanı əsir düşmüş türk uşaqlarını xristianlaşdırırdılar. Azərbaycanlılar bunun qarşısını alırdılar. Bu məqamları da aşkara çıxardıq. Amma bu məqamlar filmdə əksini tapmadı. Çünki filmdə biz əsasən 1920 -1922-ci illərdəki hadisələrdən bəhs edirdik. Filmin təqdimatı 28 oktyabr 2009-cu il saat 18.00-da Azərbaycan Kinematoqrafçılar İttifaqının zalında olacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR