Azad yazarlara qoyulan qadağanın ?Xural?la ?Reytinq?ə dəxli yoxdur

img

16-10-2009 [06:49]


?Ölkənin iki aparıcı gündəlik qəzetinin əvvəlcə bir-biri ilə ?atışması?, sonda isə heç nə olmayıbmış kimi anlaşması başadüşülən deyil. Qəzet redaktorları bu anlaşmada yaradıcı mühitin müstəqilliyinə xələl gətirməməlidir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı son vaxtlar ?Yeni Müsavat?la ?Azadlıq? qəzetləri arasındakı qalmaqala və bundan irəli gələn anlaşmaya münasibət bildirərkən deyib. Baş redaktorun sözlərinə görə, iki qəzet arasındakı anlaşma söz azadlığına qoyulan senzura kimi qiymətləndirilməlidir: ?Hesab edirəm ki, baş redaktorlar bu müqaviləni imzaladıqlarına görə, azad yazarlar etiraz etməlidir. Etiraz, sadəcə bəyanat formasında qalmamalıdır?. Ə.Zeynallı onu da bildirib ki, əgər köşə yazarları öz yazılarını ?Azadlıq? qəzetində dərc etdirə bilməyib, onlara müraciət etsələr, müsbət cavab alacaqlar: ?Onların yazıları ?Azadlıq? qəzetində çap edilməyəcəyi təqdirdə həmin qəzetdən çıxmalarını normal hesab edirəm. Onlar ?Xural?a müraciət edəcəkləri təqdirdə, təbii ki, müsbət cavab alacaqlar. Çünki həmin yazarlar zaman-zaman ?Azadlıq? və ?Yeni Müsavat? qəzetlərində dərc olunmayan yazılarını ?Xural? qəzetinə gətiriblər. Əsas məsələ azad yazar olduqlarını iddia edən qələm dostlarımızın ölkədə baş verən bu mətbu anlayışına qarşı üsyan bayrağını qaldırmalarıdır. Faktiki olaraq, Rauf Arifoğlunun və Azər Əhmədovun imzaladıqları anlaşma azad sözün üstündən xətt çəkilməsi anlamına gəlir?. Bu məsələ ilə bağlı ?Reytinq? qəzetinin baş redaktoru Afiq Mirzəbəyliyə müraciət etdikdə isə, o, Rauf Arifoğlu ilə Azər Əhmədov arasındakı anlaşmanın ?Azadlıq? qəzetinin köşə yazarlarının narazılığına səbəb olduğunu təbii qarşıladığını bildirdi. O ki qaldı ?Azadlıq? qəzetinin köşə yazarlarının ?Yeni Müsavat?çıların əleyhinə yazdıqları məqalənin ?Azadlıq?da dərc olunmamasına, o, bu məqalələrin ?Reytinq?də dərcində problem görmür: ?Dərc edə bilərik, amma gərək müəyyən normalar gözlənilsin. Onu da bildirim ki, həmin köşə yazarlarının bəziləri ?Azadlıq?dan əvvəl ?Reytinq?in yazarları olublar və qəzetimizdə həmin köşə yazarları tərəfindən ?Yeni Müsavat?ın baş redaktoru Rauf Arifoğlu kifayət qədər tənqid olunub və olunmaqdadır. Açığını deyim ki, Rauf bəy də bu tənqidlərə dözümlü yanaşır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR