Qənimət Zahidlə bağlı Ali Məhkəməyə müraciət olundu

img

15-10-2009 [01:57]


?Azadlıq? qəzetinin baş redaktoru Qənimət Zahidin işi ilə bağlı Ali Məhkəməyə müraciət olunub. Bu barədə ANS PRESS-ə baş redaktorun vəkili Elçin Sadıqov məlumat verib. O bildirib ki, müraciət Q.Zahidin işində yeni açılmış halların olması ilə bağlıdır. Vəkilin sözlərinə görə, Q.Zahidi şərləyərək tutduran 34 yaşlı Sevgiladə Quliyeva həbs edilib. E. Sadıqov qeyd edib ki, müraciətdə Q. Zahidin barəsində Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin qərarlarının ləğv edilməsi və işə yenidən baxılmasını xahiş olunub. Vəkil müraciətə hələlik heç bir cavab verilmədiyini vurğulayıb. Qeyd edək ki, Q. Zahid 2007-ci ildə Sevgiladə Quliyevaya güya sevgi komplimenti söyləməsindən sonra Vüsal Qasımovu döyməkdə ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan S. Quliyeva Xətai rayon Polis İdarəsinin 37 polis bölməsi tərəfindən narkotik vasitələrdən istifadə etdiyinə görə saxlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, S. Quliyeva sentyabrın 4-də Mərkəzi Neftçilər Xəstəxanasında yerləşən iş otaqlarından birindən qızıl-zinnət şəyaları oğurlayıb. Onun barəsində Azərbaycan Cunayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə və ya saxlama) və 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR