Türk Dünyasının jurnalistləri Azərbaycana gələcək

img

20-10-2009 [12:31]


Bakıda türk jurnalistlərinin toplantısı keçiriləcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə toplantının təşəbbüskarlarından olan Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı məlumat verib. Onun sözlərinə görə, toplantıya Mərkəzi Asiya respublikaları, Türkiyədən, Rusiyanın tərkibindəki türk respublikalarından olan jurnalistlər dəvət olunacaq: ?Onları Bakıya yığaraq informasiya mübadiləsindəki boşluqları doldurmaq, türk jurnalistlərin bir-birilə əməkdaşlığının zəruriliyi yönündə müzakirələr aparacağıq. Belə bir niyyətim çoxdan var idi, sadəcə vaxt qıtlığından bu məsələni reallaşdıra bilmirdik. Artıq Bakıya dəvət edəcəyimiz jurnalistlərin siyahısı hazırdır, bəzi jurnalistlərlə danışığımız da olub. Tədbirin dəqiq vaxtını müəyyənləşdirməsək də, ilin sonunadək reallaşdırmağı düşünürük?.

Digər xəbərlər
SON XƏBƏRLƏR