Misir Mərdanov təhsil müəssisələrinin etibarlı qorunduğunu deyir

img

01-10-2009 [12:46]


?Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrini ölkənin Daxili İşlər Nazirliyinin müafiq strukturları qoruyur. Bu qoruma çox etibarlıdır?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir onu da qeyd edib ki, qorunan təhsil müəssisələrinin tərkibinə bağçalar da daxildir: ?Bütün təhsil müəssisələri, belə demək mümkünsə, etibarlı əllərdədir?. M.Mərdanov bildirib ki, Cənub bölgəsindəki bəzi təhsil müəssisələri sel nəticəsində dağılıb: ?Demək olar ki, şagirdlərin istifadəsi üçün yararsız hala düşüb. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları həmin ərazidədir. Onlar mütəmadi olaraq məlumatlar verirlər. Düşünürəm ki, bütün təhsil müəssisələrində tezliklə dəsrlərin başlanması və davam etməsi üçün şərait yaradılacaq. Sel axınına məruz qalmış məktəblərin şagirdləri hələlik başqa məktəblərə köçürüləcək. Təhsil Nazirliyi yeni məktəblər tikilməsini də nəzərdə tutur?. Təhsil nazirinin sözələrinə görə, sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti ölkənin 100-dən çox müəllimini ?Əməkdar müəllim? və ?Tərəqqi? medalı ilə təltif edib: ?Ölkə başçısı hər zaman müəllimləri diqqət mərkəzində saxlayır. Bu addım ölkə başçısının müəllimə və müəllimlik sənətinə böyük hörmətinin bariz nümunəsi kimi qiymətləndirilə bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:25 06.08.2025

Xorxe Kosta vəfat edib