"Beşiktaş" müdafiəçisi ilə bağlı açıqlama yayıb

img

06-08-2025 [21:19]


"Beşiktaş"ın alman müdafiəçisi Feliks Uduokhai səhhətinə görə UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Sent Patriks"lə ilk oyununda meydana çıxa bilməyəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubun yaydığı açıqlamada baş ağrısı və yüksək hərarət şikayətləri olan Uduokhainin müayinələr zamanı yuxarı tənəffüs yolunda infeksiya diaqnozu qoyulduğu bildirilib.

İrlandiyanın paytaxtı Dublindəki Tallaght stadionunda oynanılacaq qarşılaşma Azərbaycan vaxtı ilə 22:45-də başlayacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA