14-09-2009 [06:52]
İrəvanda tarix yazmış gənc cüdoçularımız artıq Bakıdadır. Azərbaycan nümayəndə heyətinin paytaxta saat 16:00-da gəlməsi planlaşdırılsa da, Gürcüstandakı hava şəraitinin pis olması ilə əlaqədar onların qayıdışı təxminən 2 saat yarım gecikib.
Ermənistanın paytaxtı İrəvanda gənc cüdoçular arasında keçirilmiş Avropa çempionatında tarixi nəticəyə imza atmış idmançıları və nümayəndə heyətimizi paytaxta gətirən təyyarə Bakı vaxtı ilə saat 18.30-da Heydər Əliyev beynəlxalq hava limanına enib.
İrəvanda bayrağımızı dalğalandırmış 5 cüdoçumuzu qarşılamaq üçün hava limanına 100-lərlə insan axışmışdı. Ən böyük diqqət isə Ermənistanda keçirdiyi bütün döyüşlərini vaxtından əvvəl qazanaraq, bayrağımızı ən yüksəyə qaldırmış və himnimizi səsləndirmiş Elmar Qasımova yönəlmişdi.
Xatırladaq ki, İrəvanda 3 gün ərzində keçirilmiş Avropa çempionatında qazancımız 5 medal olub. Elmar Qasımov qızıl, İlqar Müşkiyev gümüş, Ruslan Əsədullayev, Fəqan Eminoğlu və Ramin Qurbanov isə bürünc medalı boynundan asıb.
?Çox şükürlər olsun ki, İrəvanda keçirilən Avropa çempionatında uşaqların hamısı yaxşı çıxışlar etdilər. Bildiyiniz kimi, mən ikinci yerə çıxdım. Açığı, bu yarışa mən məhz birinci yeri tutmaq iddiası ilə qatılmışdım. Məni buy erə favorit kimi baxırdılar. Ancaq neyləmək lazım qismət bu imiş?.
Bu sözləri Müstəqil İnformasiya Agentliyinə İrəvanda keçirilən Avropa çempitonatında 55 kq çıxış edən gümüş medalçı İlqar Müşkiyev deyib: ?Həmkarım Elmar Qasımov bayrağımızı ucaldanda sevincimizi göz yaşları ilə yaşadıq. Bir daha bütün Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm?.
İrəvanda keçirilən Avropa çempionatında yeganə qızıl medal qazanan idmançımız Elmar Qasımov isə bunları dedi: ?Çox sevinirəm çempion olduğuma görə. Çoxşükürlər olsun ki, mənə olan ümidləri layiqincə doğrulda bildim. Bayrağımız qalxanda diqqətlə zala baxdım. İnanın ki, zalda olanların böyük əksəriyyəti durmuşdu. Bunu ən çox xoş gələn bu məqam oldu. Mən burdan ora yalnız qələbə dalınca gedirdim və inanırdım ki, vətənə qızıl medalla dönəcəm?.
?Elmarın qələbəsi münasibətilə başda prezident olmaqla, bütün Azərbaycan xalqını təbrik edirəm. Bu hamımızın qələbəsidir. Sevindirici haldır ki, yarışa qatılan 5 idmançımızın hamısı medala layiq görüldü?.
Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında İrəvanda keçirilən Avropa çempionatında qızıl medal qazanan Elmar Qasımovun anası Şərqiyyə Qasımova deyib. Onun sözlərinə görə, oğlu Elmarı İrəvana göndərəndə bir o qədər narahtlıq keçirmirdi: ?Məni sadəcə doppinq narahat edirdi. Ona nahatlıq hissi hələ də məndə var. Çünki iki həftədən sonra bunun cavabı çıxacaq. Mən həmişə onunla əlaqə saxlayırdım və Elmar heç bir problemin olmadığını bildirirdi. Çempion olanda sonra da zəng edib onu təbrik etmişik?.
Çempionun atası İlqar Qasımov da oğlunun nailiyyətin çox sevindiyini bildirib: ?Elmarın başqa ölkə yox, məhz İərvanda qələb qazanması və himnimizi səsləndirməsi bizim üçün ikiqat bayramdır. Düşünürəm ki, onlar öz qələbələri ilə Qarabağ döyüşlərində həlak olanların ruhunu şad etdilər?.
İ.Qasımov da Elmarın məhz doppinqlə bağlı narahat olduğunu deyib: ?Biz qorxurduq ki, ermənilər təxribat edərək onların yeməklərinə doppinq ata bilərlər. Ona görə də biz ona həmişə ehtiyatlı olmağı tövsiyyə edirdik. Ümumiyyətlə, Elmar çox prinsipial xarakterli idmançıdır. O, bizə söz vermişdi ki, vətənə məhz qızıl medalla dönəcək?.
?İrəvanda Cudo üzrə keçirilən Avropa çempionatında Azərbaycan idmançılarının heç bir problemsiz güləşməkləri diqqətmizi çəkən məqamlardan idi. İdmançılarımızın psixoloji hazırlığı ən birinci vəzifə idi?.
Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Cudo Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli cudoçularımızın İrəvanda keçirilən Avropa çempionatında nailiyətlərinə münasibət bildirərkən deyib: ?Dünya və Avropa çempionatında idmançılarımız müdəmadi olaraq iştirak ediblər. Lakin bu yarışların məhz İrəvanda keçirilməsi idmançılarımız üçün bir qədər daha məsuliyyətli idi. Sözsüz ki, məğlubiyyət olan halda bu, idmançılarmıza böyük təsir edəcəkdi. Azərbaycan milli komandası Avropa çempionatında iştirak edən 38 ölkə arasında yeganə komanda idi ki, bütün üzvləri medala layiq görüldülər. Bizim üçün ən böyük qələbə isə Elmar Qasımovun qələbəsi idi. Bildiyiniz kimi, bu günə qədər Azərbaycanın himni İrəvanda səslənməmişdi. Çox sevinirik, ki, ilk addımı cudoçularımız atdılar. İnşallaş qələbələrmizi qabaqdadır?.
E.Kələntərli onu da bildiridi ki, yarışlar zamanı idmançılarımıza heç bir təzyiqlər olmadı: ?Cudo Federasiyasının prezidenti Füzuli Ələkbərov və Gənclər və İdman naziri Azad Rəhimov Ermənistanda olmuşdular. Orada komandamızın təhlükəsizliyi ilə bağlı razılaşma və müqavilə imzalanmışdı. Bu baxımdan heç bir təzyiq olmamışdı. Ermənistan tərəf bütün şərtlərə əməl etdi. Əvvəla bu Ermənistanın tədbiri deyil, Avropa Cudo İttifaqının tədbiri idi. Sadəcə bu dəfəki tədbirə Ermənistan ev sahibliyi edirdi. Çox önəmli hal idi ki, Avropa Cudo İttifaqının prezidenti Serqey Salaveyçiv yarışın açılış mərasimində iştirak etdikdə bildirmişdi ki, cudo bayramında iştirak etdiyinə görə, Azərbaycan milli komandasını təbrik edirik. Pekində Elnur Məmmədlinin qələbəsi və Mövlud Mirəliyevin yüksək səviyyəli çıxışı nəticədə bu günkü gənclərimizə də təsir göstərdi?.
Himnin yarımçıq səslənməsinə gəlincə, E.Kələntərov bunun müəyyən vaxtla bağlı olduğunu bildirdi: ?Elə ölkələr var ki, onların himni 3-4 dəqiqəlikdi. Lakin bu o demək deyil ki, himn axıra qədər səslənməlidir. Ona görə də bütün ölkələrdə olduğu kimi reqlamentə əsasən bizm də himnimiz müəyyən olunmuş vaxta qədər səsləndi?.