Voleybolçularımız gümüz medal qazandılar

img

14-09-2009 [02:39]


Azərbaycanın qadınlardan ibarət yığma voleybol komandası Belarusun Mogilyov şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edib. Qadınlardan ibarət voleybol yığmamız turnirdə uğurla çıxış edərək ikinci yerə sahib olub. Voleybol Federasiyasından ANSPRESS-ə verilən məlumata görə, voleybolçu qızlarımız ilk qarşılaşmada Türkiyə, daha sonra isə Ukrayna yığma komandaları üzərində 3:1 hesabı ilə qələbə qazanıb. Həlledici görüşə vəsiqə qazanan komandamız burada Belarus voleybolçuları ilə qarşılaşmaq hüququ qazanıb. Faiq Qarayevin yetirmələri final görüşündən 2:3 hesablı məğlubiyyətlə ayrılıblar. Bu nəticə ilə Azərbaycanın qadınlardan ibarət voleybol komandası Mogilyov beynəlxalq turnirində gümüş medala layiq görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA