Nail Əliyev: ?Bizdəki Futbol akademiyası yox, fitnes klubdur?

img

10-09-2009 [03:02]


?Ümumiyyətlə, Almaniya millisiylə oyundan nəsə gözləmək sadəlöhvlük idi. Əhməd Ələsgərov demişkən, almanlar bizi bir ayaqla uddular?. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri ?Bakı?nın keçmiş vitse-prezidenti Nail Əliyev millimizin Almaniyaya qarşı keçirdiyi dünənki oyun haqda danışarkən deyib. O, Rusiyayla oyunda uğur qazanmağı real hesab etmir: ?Herr Foqts həmişə olduğu kimi yenə də öz ampulasındadıryalançı vədlər verir. Rusiyayla oyunda uğur qazanmaqdan danışır. Amma biz ?cırtdanlar?la oyunlarda qələbə qazana bilmiriksə, bu halda Rusiyayla görüşdən danışmağa dəyməz. İndi də Lixtenşteyndən qələbəylə dönmək haqda düşünürlər. Bir milyon pul xərcləyib, orada ?uğur? qazanmağa ehtiyac yoxdur?. Nail Əliyev Azərbaycan futbol infrastrukturunun düzgün qurulmadığını söyləyib: ?Ümumiyyətlə, infrastruktur düzgün qurulmayıb. Foqtsa iki milyon avro xərcləməyə dəyməz. 1 milyon avro verib, ispanları gətirdilər. Onlar da altısının vurub, getdilər. Bütün bunlar reklam xarakteri daşıyır. Həmin pulu uşaq futboluna xərcləsələr, daha yaxşı olar. Əvvəllər olduğu kimi, ?Dəri kuboku? turniri, uşaqlar arasında məhəllərarası çempionat keçirilsəydi daha yaxşı olardı. Uşaq futbolu deyərkən ?McDonalds?ın qarşısına kameraları yığıb, top çiləməyi nəzərdə tutmuram. Söhbət əsl işdən gedir. Deyirlər ki, 15 yaşlılarımız ?Fənərbaxça?nın düşərgəsində hazırlıq keçir. O gün uşaq məşqçilərindən biri mənə dedi ki, həmin uşaqları 15-20 dəqiqəyə yığıb, adlarını siyahıya salıblar. Futbol akademiyasından danışırlar. Bu necə akademiyadır ki, meydançası yoxdur?! Belə də akademiya olar? Əsl akademiyanın 4 dənə normal, standardlara cavab verən meydançası olmalıdır. Bizdəki Futbol akademiyası yox, fitnes klubdur. Bu, daha çox Yekatirinanın vaxtında Krımda tikilən ?Pyatomkin evləri?nə bənzəyir. Görünür, bizim futbola ?dahi? menecerlər, eləcə də Foqts kimi məşqçilər lazımdır. Əslində Herr Foqtsun heç bir günahı yoxdur. Çünki o öz rolunu - Baron Münhauzen rolunu məharətlə oynayır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA